Yumurtalıq kistaları: əməliyyat şərtdirmi?
Yumurtalıq kistası — yumurtalıq daxilində və ya səthində əmələ gələn, içi maye ilə dolu kisəcikdir. Çox hallarda xoşxassəli olur və öz-özünə keçə bilir. Amma bəzi hallarda böyüyür, ağrı verir və əməliyyat tələb edir.
Kista niyə yaranır?
Kistaların yaranmasının bir neçə səbəbi var:
Ovulyasiya (yumurtlama) prosesinin pozulması
Hormonal disbalans
Endometrioz xəstəliyi
İltihabi proseslər
Bəzən səbəb tam bilinmir
Əlamətləri nədir?
Kiçik kistalar çox vaxt heç bir əlamət vermir. Böyüdükdə isə:
Aşağı qarında ağrı və ya ağırlıq hissi
Menstrual pozğunluqlar
Qarında şişkinlik
Cinsi əlaqə zamanı ağrı
Birdən güclənən kəskin ağrı (partlama və ya burulma olduqda)
Nə zaman əməliyyat lazım olur?
Hər kista əməliyyat tələb etmir. Amma aşağıdakı hallarda cərrahi müdaxilə edilir:
Kista 5–7 sm-dən böyükdür və böyüməyə davam edir
Ağrı və narahatlıq yaradır
Partlama və ya yumurtalığın burulması riski var
USM-də şübhəli (bədxassəli ola biləcək) görünüş varsa
Bir neçə ay ərzində öz-özünə keçmirsə
Əməliyyat növləri
Kistaların müalicəsində ən çox istifadə olunan üsullar:
Laparoskopiya (qapalı əməliyyat) – ən çox seçilən üsuldur, kiçik kəsiklə aparılır
Açıq əməliyyat – böyük və şübhəli kistalarda istifadə olunur
Çox vaxt yalnız kista çıxarılır, yumurtalıq isə qorunur.
Təhlükəli vəziyyətlər
Bəzi hallarda kista təcili vəziyyət yarada bilər:
Yumurtalıq burulması – qan dövranı pozulur, təcili əməliyyat lazımdır
Kistanın partlaması – daxili qanaxma və güclü ağrı yarada bilər
Nəticə
Yumurtalıq kistaları çox yayılmış və çox vaxt təhlükəsiz olsa da, bəzi hallarda ciddi fəsadlara səbəb ola bilər. Ona görə də müntəzəm ginekoloji müayinə və USM çox vacibdir.